Xəbər lenti

 

Şotlandiyanın Aberdinşir bölgəsində dünyada ilk üzən külək elektrik stansiyası işə salınıb.

Ovqat.com Trend-ə istinadən xəbər verir ki, üzən stansiya sahildən 25 kilometr məsafədə fəaliyyət göstərir.

İlk üzən külək elektrik stansiyası Norveçin "Statoil" və BƏƏ-nin "Masdar" şirkətləri tərəfindən yaradılıb.

Qeyd olunur ki, külək elektrik stansiyasının istehsal gücü 30 meqavatdır. Məlumata görə, burada istehsal olunan elektrik enerjisi Piterhed şəhərini təchiz edəcək.




Ana səhifəyə qayıt        Baxış: 893          Tarix: 19-10-2017, 18:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma