Xəbər lenti

Yapon mütəxəssislər qrupu tərəfindən ölkədə ilk kvant kompüteri yaradılıb və onlar digər alimlərə gələcək həllər üçün bu kompüterlərdən pulsuz istifadəni təklif edir

Bu kompüter adi superkompüterlə müqayisədə 100 dəfə çox sürətlə əməliyyat aparmaq imkanına malikdir.

Yeni kompüterin imkanlarından istifadə edərək şəhərlərdə avtomobil tıxaclarını aradan qaldırmaq, həmçinin müvafiq kimyəvi maddələrdən lazımi seçimi həyata keçirərək dərman preparatlar hazırlamaq mümkündür .

Tədqiqatçılar bütün dünya üzrə digər həmkarlarına müraciət edərək onları bu inqilabi qurğudan istifadə etməyə dəvət ediblər. Onların qənaətinə görə, bu, yeni proqram təminatının hazırlanmasına və kompüterin xarakteristikasını təkmilləşdirməyə yardım edə bilər.//AZƏRTAC




Ana səhifəyə qayıt        Baxış: 851          Tarix: 21-11-2017, 21:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma