Xəbər lenti

                          Delfinlər yeni növ narkotik istehsal edir - ŞOK İDDİA   

"Dolphins" sənədli filminin çəkiliş heyəti delfinlərin trans vəziyyətdə qidalandıqları kiçik balıqların zəhərli kürüsünün tərkibində olan neyrotoksinləri ifraz edərək, narkotik maddə istehsal etdiklərini iddia edir.

Özünü müdafiə məqsədilə şişərək müdafiə səddi yaradan balıqların kürüsü zəhərli olur. Onların dəri örütüyündə və daxili orqanlarının toxumalarında yığılan maddələr ən təhlükəli narkotik maddələrin tərkibi ilə eynilik təşkil edir.

               

Kürünü laboratoriyada incələyən toksikoloqlar delfinlərin ifraz etdiyi maddənin tərkibində insanın sinir sistemini iflic edə biləcək zəhərli tetrodotoksin qarışımının olduğunu təsdiq edib.

Zooloqların fikrincə, delfinləri eksperiment zamanı balıqları olduqca yavaş yeyərək trans vəziyyətinə keçməyə vadar etmək lazımdır. İnsan müşahidəsi altında bu mümkün deyil.

Beləliklə, suyun altına tısbağa, balıq və digər məməli heyvanların fiqurları içərisində kameralar yerləşdiriblər. Həmin kameralar prosesi anbaan çəkib. Sosial şəbəkələrdə həmin görüntülər izləmə rekordu vurub.//Publika.az

 




Ana səhifəyə qayıt        Baxış: 697          Tarix: 1-12-2017, 23:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma