Xəbər lenti

 Pekində metro xəttinə ilk dəfə olaraq tam avtomatlaşdırılmış, pilotsuz qatar buraxılıb.

"Report" xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.

"Yanfan" yeraltı dəmir yolunun yeni qolunun uzunluğu 14,4 kilometrdir. O, doqquz stansiyaya açılır. Xətt Pekin yaxınlığındakı Yanşanı Fanşan rayonu ilə birləşdirir. Burada eniş edib şəhərin mərkəzinə getmək mümkündür.

Qeyd edilir ki, qatar Çində istehsal edilib. Onun maksimal sürəti saatda 80 kilometrdir.

Qatarın tam avtomatlaşdırılmasına baxmayaraq, kabinədə fövqəladə hallara qarşı maşinist var.




Ana səhifəyə qayıt        Baxış: 964          Tarix: 30-12-2017, 08:52      

Xəbəri paylaş


Paylaş:   

Prizma