Xəbər lenti

Qarpız yay fəslinin ən sevimli qida məhsullarından biridir. Orqanizm üçün bir sıra müsbət təsirləri olan qarpız susuzluğu aradan qaldırır, bədənə soyuqluq və rütubət verir. Qarpız eyni zamanda həzmə kömək edir, qanı durulaşdırır.

AZƏRTAC xəbər verir ki, aparılan araşdırmalar qarpızın ən yaxşı çimərlik qidası olduğunu müəyyən edib.

Qarpızın tərkibində olan bir sıra maddələr insan orqanizminin temperaturunu aşağı salır, təzyiqi tənzimləyir. Ona görə də qarpız yeyilməsi günvurma ilə üzləşmək təhlükəsini azaldır. Tərləməni tezləşdirən qarpız eyni zamanda istiyə, eləcə də günvurmaya davamlılığı da artırır.

Yaraların tez sağalmasında da qarpızın müsbət rolu var. Bostan bitkisi A vitamini deposu olmaqla dəri, diş və sümüklərin sağlam və cavan qalmasına kömək edir. Onun tərkibindəki amin turşusu böyrəklər üçün çox faydalıdır

 




Ana səhifəyə qayıt        Baxış: 524          Tarix: 16-07-2018, 12:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma