Xəbər lenti

 

Türkiyədə On Doqquz May Universiteti (OMU) Kənd Təsərrüfatı Fakültəsi Bitki Mühafizəsi Kafedrasının müəllimləri və tələbələri tərəfindən 10 ildə toplanılan 100 min həşəratdan ibarət "Həşərat Muzeyi" açılıb.

Metbuat.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, müəllimlərinin və tələbələrin uzun illər davam edən fəaliyyəti nəticəsində yaradılan muzeydə Türkiyənin müxtəlif ərazilərindən toplanan minlərlə növ həşərat yer alır.

Toplanan böcəklər əvvəlcə entomoloji laboratoriyada araşdırılıb, təsnif edildikdən sonra muzeydəki qorumalı rəflərdə yerləşdirilir.

Daim yeni növ həşəratların yer aldığı “Həşərat muzeyi”nin daha da inkişaf etdirilərək xalqa açılması planlaşdırılır.




Ana səhifəyə qayıt        Baxış: 492          Tarix: 25-09-2018, 21:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma