Xəbər lenti

 

Kənd təsərrüfatı, xüsusi ilə də heyvandarlıq onun əsas məşguliyyətidir... Bu qadın yaşının 60-ı keçməsinə baxmayaraq, hələ də at belində çobanlıq edir.

Ovqat.com-un məlumatına görə, söhbət Ağcabədi rayonunun Hüsülü kənd sakini Kəklik Əhmədovadan gedir. Maldarlıqla məşgul olan ailədə dogulan qadın balaca yaşlarından çobanlıq etməyə başlayıb. Hazırda 64 yaşının olmasına baxmayaraq, yenə də at belində mal-qaranın dalınca gedir.

Kəklik Əhmədova bizimlə söhbətində təbiətə, zəhmətə bağlı olan ömür yolundan danışıb. O, ailədə 10 uşaqdan biri olub. Qadın olaraq at belində çobanlıq eləməsi çətin də olsa onu bezdirməyib.

O, at belində sürüyə baş çəkir, cavan çobanlara məsləhət və tapşırıqlar verir. Ailəsində at sürən qız uşağı da var.

Kəklik Əhmədova kənd təsərrüfatı sahəsində ali təhsili də alıb.





Ana səhifəyə qayıt        Baxış: 570          Tarix: 26-09-2018, 21:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma