Xəbər lenti

 

İngiltərənin Liverpul şəhərində yaşayan 70 yaşlı Peter Cavanagh 3 il əvvəl qalib gəldiyi yemək borusu xərçəngi ilə yenidən mübarizə aparmalı olub.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, onurğasına təsir edən narahatlıq üçün rentgen çəkdirən adam nəticəni gördükdə həyat yoldaşı ilə birlikdə gülməyə başlayıb.

Çünki rentgen filmində it surətinə bənzər bir görüntü əks olunub.

Bu görüntünü zarafatla qarşılayan adam İngiltərə mətbuatında gündəm olub.

3 uşaq və 20-dən çox nəvə sahibi olan adam “xərçəng xoş bir xəstəlik deyil. Amma gülümsəməyə və mübarizə etməyə davam etmək lazımdır. Ümid edirəm belə vəziyyətdə olan insanların üzünü güldürər” deyə bildirib.

İçinden köpek çıktı!




Ana səhifəyə qayıt        Baxış: 382          Tarix: 26-09-2018, 23:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma