Xəbər lenti

 

Nasa uzanan yerdə pul qazanmaq xəyalı quranlar üçün yaxşı iş təklifi irəli sürüb. Marsa səyahət layihəsi çərçivəsində araşdırma aparan NASA, 70 gün ərzində yataqdan çıxmayan işçi axtarır.

Metbuat.az xarici KİV-lərə istinadən məlumat verir ki, iş təklifini qəbul edən şəxs heç bir halda yerindən qalxmamalıdır. Tapşırılan işin öhdəsindən gələn şəxsə, 16 min dollar məvacib veriləcək. Təcrübələrin məqsədi Marsa səyahət zamanı cazibə qüvvəsinin olmadığı şəraitin insan səhhətinə təsirlərini üzə çıxarmaqdır.




Ana səhifəyə qayıt        Baxış: 635          Tarix: 29-09-2018, 20:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma