Xəbər lenti

 

Orta hesabla hər beş qadından biri nə vaxtsa cinsi zorakıllğa məruz qalıb.

Lakin bu günə qədər bu vəziyyətdə özünü necə aparmaq və zorakılığa gətirib çıxaran vəziyyətlər barədə çoxlu yalan təsəvvürlər mövcuddur.

Bu fikirlər zorakılıq qurbanlarını ya etibardan salır, ya da ki baş verən vəziyyəti qiymətləndirərək bu cür fikirlərə düşənləri yanlış istiqmətləndirir.

Bu gün yeni və ya keçmişdə baş vermiş cinsi təcavüz barədə xəbərlər olmayan həftəyə rast gəlmək nadir hallarda olur.

Cinsi təcavüzün mahiyyətinin anlaşılmaması baş verənlərlə bağlı təhrifedici fikirlərə gətirib çıxarır və özlərini günahkar hesab etməyə məcbur olan qurbanlar layiq olmadıqları utanc hiss edirlər.

Cinsi təcavüz və cinsi zəmində hücumlar barədə yayılmış miflərin iş məhkəməyə gedən zaman faktların obyektiv qiymətləndirilməsinə mane olması da çox vacib məsələdir.

Ən geniş yayılmış 5 mif və onların arxasında dayanan səbəb

Mif 1. Cinsi zəmində baş verən təcavüzlərin əksəriyyəti tanış olmayan insanlar tərəfindən həyata keçirilir.

Gecə saatlarında qaranlıq küçədə evə qayıdan qadına hücum edilməsi səhnəsini əvvəlki kimi yenə də televiziya ekranlarında tez-tez görə bilərik.

Lakin real dünyada təcavüz kimi cinsi xarakter daşıyan digər təhlükəli zorakılıqlar böyük ehtimalla evdə baş verir və qadınlar yaxşı tanıdıqları insanların qurbanı olurlar.

Böyük Britaniyada, Uelsdə və Avstraliyada təqribən hər beş qadından biri həyatlarında bir dəfə də olsun cinsi təcavüzün qurbanı olublar.

ABŞ-da bu mövzu ilə bağlı ümumilli sorğu da təqribən eyni statistikanı üzə çıxarıb: hər beş qadından biri və hər 71 kişidən biri nə vaxtsa təcavüzə məruz qalıb.

Cinsi təcavüz

Cinsi təcavüzlərin əksəriyyəti qurbanın yaxşı tanıdığı insan tərəfindən həyata keçirilir.

Böyük Britaniyada aparılan daha bir araşdırma isə göstərib ki, baş verən hadisələrin yalnız 10 faizində cinayətkar öz qurbanı ilə tanış olmayıb. 56 faizində qurbanın partnyoru, qalan 33 faizində isə dost, tanış və ya ailə üzvü olub.

Mif 2. Əgər həqiqətən bu sənin başına gəlibsə sən dərhal polisə müraciət edəcəksən

Böyük Britaniya Daxili İşlər Nazirliyinin məlumatına görə, qeydə alınan təcavüz hallarının 46%- i barədə həm gün məlumat verilib, 14% ziyan çəkənə isə cəsarətini toplayıb polisə müraciət etməsi üçün 6 ay vaxt lazım olub.

Əgər qurban uşaq olubsa o zaman müraciətlə bağlı gecikmə daha uzun çəkə bilər: yaşı 16-dan az olanların yalnız 28%-i təcavüz baş verən günü xəbər veriblər, təqribən hər üç nəfərdən birinin polisə mürəciət etməyi isə altı aydan çox çəkib.

Və bu yalnız o cinayətlərə aiddir ki, onlar barədə tez və gec də olsa məlumat verilib. Qurbanların çoxu ümumiyyətlə bunu heç etmirlər.

Məsələn, ABŞ-da bu problemi araşdıranların qiymətləndirməsinə görə, hər üç belə hadisədən ikisi barədə heç vaxt polisə məlumat verilmir.

Cinsi zorakılıq

Araşdırmalara əsasən cinsi xarakterli hər 3 hücumdan ikisi barədə polisə heç vaxt məlumat verilmir

Twitter-dəki #WhyIDidn'tReport ("mən niyə xəbər vermədim") həştəqi ilə keçirilən onlayn kampaniya göstərib ki, bəzi qurbanların polisə ümumiyyətlə niyə müraciət etmədikləri və ya müraciəti gecikdirməklərinin bir çox səbəbləri var.

"Bəziləri ona görə xəbər vermirlər ki, cinayətkarın həbsxanaya düşməsini istəmirlər. Ehtimal ki, onlar ona aşiq olublar, yaxud ola bilər ki, şəxs ailə üzvüdür, partnyordur və onların rifahı ondan asılıdır, Böyük Britaniyada təcavüz və zorakılıq hallarını araşdıran Durham mərkəzinin direktoru Nicole Westmarland deyir.

"Tələbələrimdən tez-tez eşitdiyim səbəblərdən biri də budur: onlar kiminsə həyatını məhv etmək istəmirlər ".

Belə olan halda polisə müraciətin gecikdirilməsi əslində belə bir şeyin baş verməməsi ilə əlaqədar olmamasını sübut edən dəlillər yoxdur.

Mif 3. Cinsi zəmində baş verən cinayət barədə dərhal məlumat verilsə, istintaq orqanlarının işi və ittiham irəli sürmək daha asan olur

Bu iddiada doğru olan nədir? Cinsi təcavüzə məruz qalanlar və bu barədə dərhal məlumat verənlər böyük ehtimalla cinayətkarın toxuma mayesini, tüpürcəyini və DNT-ni müəyyən etmək üçün lazım olan ütün tibbi müayinələrdən keçirlər.

Bundan başqa, ekspertlər dərhal xəsarətləri (göyərmələri, kəsikləri və s ) qeydə alırlar və bu da güc tətbiq edldiyini sübut etməyə kömək edir.

Lakin bu proses də cinayətkarın dərhal tapılacağına, məhkum ediləcəyinə və ya istintaqa cəlb olunacağına tamamilə təminat vermir.

Amerika polisi təcrübəsindən olan çoxsaylı nümunələr də bunu sübut edir. Toplanan təcavüz dəlilləri polis arxivlərində saxlanılır. Bununla yanaşı, cinsi akt dəlilləri əgər bunu həyata keçirən partnyor və ya qurbanın yaxşı tanıdığı biridirsə çox da işə yaramır.

"Bizim günlərdə belə işlər cinsi aktın olub-olmadığına deyil, onun qarşılıqlı razılıq əsasında olub-olmadığına gətirib çıxarır", Westmorland qeyd edir.

Böyük Britaniyadakı Home-ofisin məlumatına görə, həmin gün məlumat verilən təcavüz və cinsi zəmində təhlükəli hücumun 26 faizi ittihamların irəli sürülməsinə gətirib çıxarır.

Lakin polis bu barədə səhəri gün və ya daha gec xəbər tutursa bu rəqəm 14 faizə qədər düşür.

Təcavüz barədə həmin gün məlumat verən şəxslərin cinayətkarı müttəhimlər kürsüsündə görmək şansı (əgər qurbanın yaşı 16-dan azdırsa, şanslarda bu fərq elə də əhəmiyyətli deyil) daha çoxdur.

Yeri gəlmişkən, digər hesabatlara əsasən, ABŞ-da polisə məlumat verilən təcavüz hallarının yalnız 18 faizi həbslə nəticələnir və yalnız bu halların 2 faizi barədə hökm çıxarılır.

Mif 4. Əgər sən həqiqətən istəməsəydin, müqavimət göstərərdin

Müxtəlif insanlar cinsi təcavüz təhlükəsi olan zaman müxtəlif yollara əl atırlar.

Wellington universitetinin kriminalisti Jan Jordan 2008-ci ildə nəşr olunan "Silsilə qurbanlar" kitabında bir kişi və elə həmin kişi tərəfindən təcavüzə məruz qalan 15 qadının özünü belə hallarda necə apardığını təsvir edib.

Kimsə danışmağı sınaqdan keçirib, kimsə qaçmağı, bəziləri isə sanki bu hadisə onların başına gəlməyibmiş kimi vəziyyətdən çıxmağa (psixoloqlar bunu şəxsiyyətin parçalanması adlandırırlar) cəhd ediblər.

ABŞ polisinin bazasındakı 274 hesabat əsasında aparılan digər araşdırmanın gedişatında məlum olub ki, belə halları yaşayanların yalnız 22 faizi müqavimət göstərərək, möhkəm qışqırmaqla təcavüzdən xilas olub.

Əksəriyyət (56 faiz) rəhm diləyərək təcavüzkarı yola gətirməyə çalışıb, qalanları isə sonradan danışdıqlarına görə, dəhşətdən sadəcə donub qalıblar.

Fərqli davranışlar müxtəlif vəziyyətlərdə daha çox və ya daha az effektli ola bilər.

Məsələn, fəal şəkildə müqavimət göstərən qadınlar böyük ehtimalla təcavüzdən qaça bilərlər, lakin eyni zamanda onların ciddi xəsarət almaq təhlükəsi də var. Xüsusilə əgər təcavüzkarın silahı varsa.

Digər tərəfdən yalvararaq, ağlayaraq və təcavüzkarı fikrindən yayındırmağa cəhd edən qurbanın xəsarət almaq təhlükəsi var, əgər hadisə evdə baş verirsə.

Cinsi zorakılıq

Araşdırmalardan biri müəyyən edib ki, müqavimət və yalvarış müəyyən hallarda fiziki xəsarət almaq riskini artırır və vəziyyəti daha da mürəkkəbləşdirir

Belə hallarda insanın öz davranışlarına şüurlu şəkildə nəzarət etməsinin mümkün olmadığını etiraf etmək vacibdir.

Bəziləri onları dəhşətli təhlükə gözləyən zaman iflicə bənzər (tonik əyləc) vəziyyətə düşürlər.

Hadisə baş verən gündən sonra bir ay ərzində təcavüz qurbanlarına yardım mərkəzinə müraciət edən 298 qadının müraciəti əsasında aparılan araşdırmalardan biri müəyyən edib ki, onların 70%-ində həmin tonik əyləc baş verib.

48% isə onlara hücum zamanı belə əyləcin yüksək dərəcəsi barədə danışıblar. Bundan başqa, qorxudan qəfil iflic vəziyyəti keçirənlərdə ilk aylarda posttravmatik stress pozuntusu və ağır depressiyanın inkişafı ehtimalı yüksək olub.

5 Mif. Psixikanı zədələyən təcrübə yaddaşı təhrif edir, sizin əslində baş verməyəni xatırlamağınız mümkündür

Cinsi zorakılığa məruz qalanların çoxu adətən hər şeyi, hətta bir il və ya on illər sonra - təcavüzlə bağlı səsi, qoxunu, vizual görüntüləri və hər şeyi ətraflı, aydın xatırladıqlarını söyləyirlər.

Lakin baş verən hadisənin dəqiq vaxtını və yerini xatırlamalarını (adətən polisi və istintaqı maraqlandıran xırdalıqlar) soruşan zaman onlar çox çətinliklə bunu yada salırlar. Bəzən də özlərinə zidd gedirlər və bu da onların ifadələrini şübhə altına alır.

"Hüquq sisteminin ziyan çəkəndən nə gözləməsi və yaşanan psixi pozuntunun xatırlanması xüsusiyyətləri arasında faciəvi bir uyğunsuzluq mövcuddur", - deyə King's College London-dan olan kliniki psixoloq Emy Hardy deyir.

Bu ona görə baş verir ki, psixikanı zədələyən hadisələr barədə xatirələr bizim yaddaşımızda adi xatirələrdən fərqli iz qoyur.

Adətən biz gördüyümüzü, eşitdiyimizi, qoxladığımızı kodlaşdıraraq təcrübənin kompleksi kimi yaddaşımızın hüceyrələrinə yerləşdiririk. Və sonra biz həmən günü xatırlayan zaman hadisələr tək bir tarix kimi bizim yaddaşımızda canlanır.

Lakin travmatik hadisələr zamanı bizim orqanizm stress hormonları ifraz edir və onlar beyni burda və indi baş verənlərə yönəlməyə məcbur edir, bundan da ümumi mənzərə dumanlanır və ya itir.

Cinsi zorakılıq

Bu cür hadisələr zamanı bizim orqanizm beynimizi baş verənlərin xırdalıqlarına yönəlməyə məcbur edən stress hormonları ifraz edir

"Təkamül nəzəriyyəsi baxımından bunun müəyyən mənası var. Bizi təhlükə gözləyən zaman bizim hazırda nə hiss etdiyimizə yönəlməyimiz daha yaxşıdır. Bu, bizi döyüşə girməyə və ya qaçmağa ya da ki, daşa dönməyə məcbur edir. Belə anlarda çox çətin ki, baş verənlərin mənası barədə abstrakt mülahizələr bizə kömək etsin", Hardy deyir.

"Bundan başqa, bizə məlumdur ki, əgər insanlar onlarda baş verən travmatik hadisələrdən uzaqlaşırlarsa, bu, onların qavrayışını daha da parçalayır. Beləliklə, onların xatirələri daha çox "burda və indi" parçalarından ibarət olur".

Hardy yaddaşda baş verən belə prosseslərin təsirini araşdırıb. O, aşkar edib ki, ona travmatik vəziyyətdən yüksək dərəcədə uzaqlaşmaları barədə danışanlar polisə ifadə zamanı daha çox hissələri xatırladıqlarını nümayiş etdiriblər.

Belə insanlarda başlarına gələni danışmaq alınmır. Bütün bunlar isə onların başına gələnlərlə bağlı cinayət işinin açılması şansını aşağı salır.




Ana səhifəyə qayıt        Baxış: 434          Tarix: 10-10-2018, 19:55      

Xəbəri paylaş


Paylaş:   

Prizma