Məşhur türkiyəli aktrisa Ceyda Ateş, uzun müddətdir münasibət də olduğu Buğra Toplusoy ilə nikah masasına oturub.

Open.az Türkiyə mediasına istinadən xəbər verir ki, 31 yaşlı aktrisa 5 illik sevgilisi Buğra Toplusoy ilə Mayamidəki evlərində keçirilən sadə toy mərasimiylə evlənib. Cütlük bu xoş günlərində itlərinə də gəlin və bəy paltarı geyindirib. Bəyin rəngli ayaqqabıları isə xüsusi diqqət çəkib.