Türkiyəli müğənni cinsiyyət dəyişdirib

Open.az Haberler.com-a istinadən xəbər verir ki, Türkiyədə "Eller kadir kıymet bilmiyor annne" mahnısının ilk ifaçısı kimi tanına müğənni Hakan Aslan cinsiyyət dəyişdirib. Uzun illərdir ortalıqda görünməyən müğənninin 10 il əvvəl Tailandda səssiz-səmirsiz əməliyyat olunaraq cinsiyyət dəyişdirdiyi ortaya çıxıb. Yeşim Salxım, Nuray Hafiftaş və Sinan Özenlə konservatoriyada bir oxuyan Hakan Aslanın cinsiyyət dəyişdirdikdən sonra adını Eylem Erener olaraq dəyişdiyidiyi və Facebook hesabından müğənni Onur Akaya Eylem adı ilə mesaj göndərdiyi məlum olub. Onur Akay sosial şəbəkədəki hesabından 80- ci illərdə albomları ən çox satılan məşhur müğənni Hakan Aslanın cinsiyyət dəyişdirdiyini açıqlayıb. Onur Akaya bu barədə danışan müğənni, "Bu dəyişikliyi etməyə xaricdə olanda qərar verdim. 10 il əvvəl Tailandda əməliyyat olmuşam. Özümü rahat və sağlam hiss etdiyim üçün bu əməliyyatı etdim. Sakit bir həyatı heç bir şeyə dəyişmərəm. İzmirdə və İstanbulda yaşayıram. Səssizliyim sakit və rahat bir həyatı seçdiyim üçündür. Ətrafımdakı hər kəs bilir. Dinləyicilərdən tanıyanlar olur. Sevgi və hörmət çərçivəsində yanaşırlar. Hələki heç kimdən mənfi bir fikir və ifadə eşitməmişəm. Ailəm həmişə müsbət baxdı. Köhnə albom ad və rəsm dəyişikliyi düşünməmişəm. Onlar da olduğu kimi qalıb" deyib.

HAKAN ASLAN KİMDİR?

Hakan Aslan, 1988-ci ildə "Şansal Val"ın böyük bir reklam kampaniyası ilə bazara çıxmışdı və yenə "Yar gibisin" mahnısının Türkiyədə ilk ifaçısı olmuşdu.Süheylə Altmış dörd və İsmayıl Hakkı Özkan kimi ustadların tələbəsi olub. Hakan Aslan, özəl kanalların yeni yayımlanmağa başladığı dövrdə qonaq olduğu televiziya proqramları ilə Türkiyənin diqqətini çəkmişdi.