Xəbər lenti

 

Aktrisa Ülfət Bəşir "Ulduza sual" rubrikasının qonağı olub.

Ovqat.com bildirir ki, o, primetime.az-ın instaqram səhifəsindən onu ünvanlanan sualları cavablandırıb.

Ülfət bir aktrisa kimi kamera önündə heç bir problem yaşamadığını, hər bir obraza girə biləcəyini bildirib. Amma özü barəsində bir o qədər də danışmağı sevmədiyini söyləyib.

Daha sonra aktrisa hələ ki, evlənməyi düşünmədiyini qeyd edib. Evlənəcəyi halda isə gələcək həyat yoldaşının aşağıdakı parametrlərdə olmasını arzulayıb:

"Bir insan zahiri görünüşcə mənim xoşuma gəlməsə, onunla münasibətə girə bilmərəm. Hündürboy, idmançı, "babyface" (uşaqsifət) olsa, yaxşı olar. Tüksüz olsun. Nifrət edirəm tüklü oğlanlara. Ən əsası mənə dözsün".




Ana səhifəyə qayıt        Baxış: 817          Tarix: 19-10-2018, 21:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma