Xəbər lenti

 

Kanada meşələrindən birində torpaq örtüyünün ağaclarla birgə enib-qalxmasının görüntüləri yayılıb. 
Moderator.az Rusiya mediasına istinadla xəbər verir ki, belə bir videonu Xeyler Moresteyn adlı qadın istifadəçi “Tvitter” səhifəsində paylaşıb. O, ilk dəfə yerin belə “nəfəs aldığını”  gördüyünü və bundan bərk həyəcanlandığını bildirib. 
Lakin mütəxəssislər torpaq təbəqəsinin tərpənməsinin səbəbini asanlıqla izah ediblər. Belə ki, güclü yağışdan sonra torpaqda boşalma baş verib. Odur ki, külək əsəndə ağaclar tərpənir və onların kökləri üzərlərindəki torpaq qatını endirib-qaldırır...
 
Sultan Laçın




Ana səhifəyə qayıt        Baxış: 487          Tarix: 25-10-2018, 21:55      

Xəbəri paylaş


Paylaş:   

Prizma