Xəbər lenti
17-08-2019, 16:20

 

Ay – Yerin 81 milyard ton toz və qaya kütləsindən əmələ gələn və 384000 km uzaqlıqdakı peyki. Temperaturu gündüzlər -122, gecələr isə -233 dərəcə arasında dəyişir. Dünyadan çox kiçik olmağına rəğmən, Ağrı dağı qədər yüksəkliyə sahib olan dağlardan ibarətdir. Bu peykin yaxın zamanlara qədər necə əmələ gəldiyi ilə bağlı çox az məlumata sahib idik. 

Fəqət, hazırki elmi tətqiqatlar sayəsində bilirik ki, Ay günümüzdən 4.5 milyard il öncə Tea adlı bir planetin dünya ilə çarpışmasından qopan parçaların milyonlarla il ərzində birləşməsindən əmələ dəlib.

Saatda 40000 km sürətlə irəliləyən Tea və Dünyanın çarpışması o qədər güclüdür ki, bu çarpışma əsnasında əmələ gələn partayışın gücü 1 milyon meqa ton atom bombasının partlamasına bərabərdir. Bu günə qədər isə sadəcə 12 nəfər Ayın üzərində yeriyə bilib. 1972-ci ildən sonra isə heç kim Aya getməyib. O isə bizdən hər il təqribən 4 sm uzaqlaşır.

Min illərdir, romantizmin və sirlərin simvolu olan Ay olmazsa, nə olar?

Bir gecə göy üzünü izlədiyimizi fərz edək. Ay olması gərəkən yerdə deyil. Çaşbaş qalsaq da, “bəlkə də buludların arxasındadır”, – deyə fikirləşib, önəm verməyəcəyik. Lakin, zaman ötdükcə bu yox oluşun ölümcül nəticələrini hiss etməyə başlayacağıq. Ayın cazibə qüvvəsi səbəbilə dünyamız 23 dərəcəlik bir əyilməyə sahibdir.

bakü ay olmasaydı ile ilgili görsel sonucu

Bu sayədə Günəş şüalarının düşmə bucağı və Dünyanın Günəş ətrafındakı dönüşü dəyişdiyi üçün iqlimlər günümüzdəki tarazlığını qoruya bilir. Alimlər bildirirlər ki, Ay olmasaydı, Dünyanın öz oxu ətrafında fırlanma sürəti öz sabitliyini itirəcəkdi. Bu isə iqlimlərin cığırından çıxması deməkdir. Qısaca, Ayın olmadığı bir kainatda gündüzlər ölkəmizdə orta istilik +50, gecələr isə -50 dərəcə arasında olardı.

bakü ay olmasaydı ile ilgili görsel sonucu

Bu dəyişiklik insan oğlunun həyatda qalma şansını olduqca azaldır. Amma tək problem bu deyil. Belə bir çılğın iqlimdə gündüzlər həddindən artıq buxarlanma, gecələr isə donma səbəbilə Dünyadakı su miqdarı önəmli dərəcədə azalacaqdı.

Eyni zamanda, Dünyamız əvvəlkinə nisbətən daha sürətlə fırlanmağa başlayacaqdı. Planetlərin fırlanma sürəti nə qədər artarsa, bu sürətə paralel olaraq, küləklər də şiddətlənməyə başlayır. Bu da dəniz sahillərində yerləşən şəhərlərdə yaşamağın imkansız olduğu anlamına gəlir. Orta sürəti 160 km olan küləklər ara vermədən əsməyə başlayacaqdı.

bakü ile ilgili görsel sonucu

"TRT Belgesel"in araşdırmalarına görə, bu vəziyyətdən Dünyada ilk təsirlənəcək yerlərdən biri, adının mənası “küləklər şəhəri” olan paytaxt Bakıdır. Ay olmayan bir kainatda küləklər şəhəri olan Bakıdakı fırtınalar o qədər şiddətlənərdi ki, insanlar, hətta avtomobillərdə belə, uçamağa başlayardılar.

Dünyanın sürətlə fırlanması günlərin də qısalmasına səbəb olacaqdı. Uzun bir müddət sonra artıq planetimiz elə bir sürətlə dönməyə başlayacaqdı ki, bir sutka sadəcə 15 saatdan ibarət olacaqdı.

Musavat.com




Ana səhifəyə qayıt        Baxış: 45          Tarix: 28-07-2019, 16:28      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent