Xəbər lenti

  

Yasamal qəbiristanlığındakı məzarlar haqqında sistemli məlumatların yerləşdirildiyi sayt yaradıla bilər.
Bu barədə Yasamal Bələdiyyəsindən məlumat verilib.
Qeyd olunub ki, yəhudi icmaları bununla bağlı danışıq aparmaq üçün müraciət ediblər:
"Onlarla danışıqlar zamanı belə bir fikir ortaya çıxdı ki, Yasamal qəbiristanlığındakı yəhudi qəbirlərinin şəkilləri çəkilsin və müvafiq saytda yerləşdirilsin. Məlumatlarda məzar daşı, dəfn olunduğu ölkə və şəhər qeyd ediləcək. Ölən şəxsin yaxınları dünyanın istənilən yerindən həmin sayta daxil olaraq məzarın harada yerləşdiyini öyrənə biləcək".
Bələdiyyədən bildirilib ki, azərbaycanlıların məzarları ilə də bağlı məlumatlar toplanaraq bənzər sistem yaradıla bilər:
"Gələcəkdə belə bir sistemin gerçəkləşməsi mümkün ola bilər. Qəbirlər dövlət reyestrinə salınacaq. Lakin biz məzar daşını, şəkli deyil, sadəcə, mərhum haqqındakı məlumatları (ad, soyad, doğum və ölüm tarixi) sistemli şəkildə sayta yerləşdirə bilərik".(oxu.az)



Ana səhifəyə qayıt        Baxış: 32          Tarix: 21-08-2019, 12:58      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent