Xəbər lenti

 

Amerikanın “Forbes” dərgisi dünyanın ən bahalı aktyorlarının siyahısını təqdim edib.

Axşam.az xəbər verir ki, top 10-luğun çox hissəsini “Qisasçılar” filminin aktyorları tutub.

Siyahıda birinci yerdə “Qaya” filmindəki obrazı ilə səs-küy salan Conson dayanıb. O, 1 il ərzində 89,4 milyon dollar qazanıb.

İkinci yeri Kris Hemsvort 76,4 milyon dollar gəlirlə tutub. Siyahının üçüncüsü Robert Dauni 66, dördüncüsü Akşay Kumar 65, beşincisi Ceki Çan 58, altıncısı Bredli Kuper 57, yeddincisi Adam Sendler 57, səkkizincisi Kris Evans 43,5, doqquzuncusu isə pol Radd 41 milyon dollar gəlirlə olub.

Siyahıda sonuncu yerdə 35 milyon dollar qazanan Uill Smit olub.




Ana səhifəyə qayıt        Baxış: 174          Tarix: 22-08-2019, 21:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma