Xəbər lenti

 

İspaniyanın məşhur pop ulduzu və rəqqası Joana Sainz konsert zamanı vəfat edib.

Teleqraf.com xəbər verir ki, 30 yaşlı müğənnin ölümünə səbəb konsert zamanı atılan fişənglərdən birinin onun qarın nahiyəsinə dəyməsi olub.

Olay Madridin Las Berlanas qəsəbəsində keçirilən festival zamanı səhnədə baş verib. Səhnədə pərdələr endirilib və səhiyyə personalı müğənniyə yanına tələsib.

Dərhal xəstəxanaya çatdırılan müğənni orada vəfat edib.




Ana səhifəyə qayıt        Baxış: 404          Tarix: 2-09-2019, 11:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma