Xəbər lenti

 

Hindistanının Andxra-Pradeş ştatında EKM (ekstrakorporal mayalanma) üsulu ilə hamilə qalan 74 yaşlı qadın əkiz qızları olub.

Publika.az xəbər verir ki, bu haqda “Hindustan Times” qəzeti yazıb.

Xəstəxananın direktoru uşaqların qeysəriyyə əməliyyatının köməyi ilə götürüldüyünü bildirib.

“Əməliyyat yaxşı keçdi. Ana və körpələr sağlamdır. Ancaq ana son bir neçə saatlıq stressdən çıxması üçün intensiv terapiya bölməsinə göndərilib”, - həkim deyib.

Manqayamma uşaqları üçün südü donor bankından alacaq.

Bildirilir ki, Manqayamma və onun 80 yaşlı əri Raya Pao 1962-ci ildə evlənib. 57 il ərzində onların uşağa sahib olmaq cəhdləri müvəffəqiyyətsiz olub. Ancaq süni mayalanma proseduru nəticəsində 74 yaşlı qadın cari ilin yanvarında hamilə ola bilib.

Daha əvvəl isə Hindistanın Omkari Panvar ştatında başqa bir qadın süni mayalanmanın köməyi ilə ana olmuş ən yaşlı qadın hesab edilirdi. 70 yaşlı qadın 2008-ci ildə əkiz uşaqlar dünyaya gətirmişdi.




Ana səhifəyə qayıt        Baxış: 28          Tarix: 6-09-2019, 13:36      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent