Xəbər lenti

 

ABŞ alimləri “K2-18b” ekzoplanetinin atmosferində su buxarının nişanələrinin olduğunu kəşf edib.

Axar.az xəbər verir ki, bu barədə NASA məlumat yayıb.

Tədqiqatçıların verdiyi məlumata görə, sözügedən planet Günəş sisteminin sərhədlərindən kənarda yerləşir.

Alimlər “Habl” rəsədxanası tərəfindən əldə edilən atmosfer tərkibinin spektral analizi vasitəsilə bu qənaətə gəliblər. Alimlər bildiriblər ki, əgər bu öz təsdiqini tapsa, “K2-18b” planeti Günəş sisteminin sərhədlərindən kənarda olan, atmosferində su buxarı tapılan ilk planet olacaq.

“K2-18b” planetinin kütləsi Yerdən səkkiz dəfə çoxdur. Radiusu isə iki dəfə böyükdür. Buna görə də planetin səthində təzyiq Yerdəki təzyiqdən böyükdür.

Qeyd edək ki, “K2-18b” planeti Yerdən 110 işıq ili məsafəsində yerləşir və qırmızı cırtdan ulduzu ətrafında dövr edir.




Ana səhifəyə qayıt        Baxış: 369          Tarix: 12-09-2019, 14:53      

Xəbəri paylaş


Paylaş:   

Prizma