Xəbər lenti

 

Nevadada “51-ci bölgə” (Area 51) kimi tanınan ABŞ-ın HHQ-nə məxsus bazasına iki mindən artıq insan toplaşıb.

“Associated Press” xəbər verir ki, onlar bazaya “hücum”u özünəməxsus festival kimi qeyd ediblər.

Bazaya daxil olmağa heç kəs risk etməyib. Nevadaya toplaşanların əksəriyyəti yaxınlıqdakı Hayko və Reyçel şəhərciklərində şənləniblər.

“Biz hamımız başa düşürük ki, darvazaları keçmək olmaz. Amma biz buraya yığışaraq pivə içib musiqiyə qulaq asırıq və bu, artıq uğurdur”, - bunu yürüş iştirakçılarından biri deyib.

Nevada ştatındakı “51-ci bölgə” hərbi bazası uzun müddət məxfi sayılıb və burada Yer kürəsinə gəlmiş yadplanetlilərin olduğu, onlar üzərində tədqiqatlar aparıldığı iddia edilir.

2013-cü ildə ABŞ dövləti bazanın mövcudluğunu təsdiq edib. Obyekt güclü mühafizə altındadır.




Ana səhifəyə qayıt        Baxış: 393          Tarix: 21-09-2019, 10:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma