Xəbər lenti

 

Bakıda sürücünün telefonla oynaması qəzaya səbəb olub.

Hadisə bu gün paytaxtın Heydər Əliyev prospektində baş verib.

Kimliyi müəyyənləşdirilməyən şəxs “LADA Priora” markalı avtomobilini idarə edərkən telefonla dostları ilə canlı əlaqə yaradıb və onu gözləyən şəxslərə hazırda yolda olduğunu deyib.

Hərəkət zamanı yolu çəkən sürücü bir anlıq diqqətsizlik nəticəsində maşınını qarşıdakı başqa avtomobilə vurub.

Qəzanın görüntüləri sosial şəbəkədə yayılıb. \\Oxu.az

 




Ana səhifəyə qayıt        Baxış: 293          Tarix: 26-09-2019, 23:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma