Xəbər lenti

 

İsrailin “Aleph Farms” ərzaq startapı üçölçülü printer vasitəsilə kosmosda ilk dəfə ət çap edib.

Startap tədqiqatçıları 2018-ci ilin dekabrından laboratoriyada ətin yetişdirilməsi ilə məşğul olsalar da, bu dəfə onun müxtəlif şəraitlərdə yetişdirilə biləcəyinə əmin olmaq istəyiblər. Laboratoriya ətinin istehsalı üçün biopsiyanın köməyi ilə inək toxumalarından müəyyən miqdarda hüceyrə nümunələri götürülüb. Sonra hüceyrələr inək bədəninin daxilindəki mühiti imitasiya edən qida maddələrinin olduğu maye ilə qatışdırılıb. Bu mühitdə hüceyrələr nazik ət parçasına çevrilib. Süni əti dequstasiyadan keçirən tədqiqatçıların sözlərinə görə, onun dadı əla olmasa da, adi mal ətinin teksturasını və dadını imitasiya edir.

Məlumata görə, ətin kosmosda yetişdirilməsi üçün “Aleph Farms” mütəxəssisləri prosesi bir qədər dəyişdiriblər. Onlar əvvəlcə inək toxuması hüceyrələrini və qida məhlulunu qapalı damarlara yerləşdirdikdən sonra damarları kosmik gəmiyə yükləyərək Yer kürəsindən 400 kilometr məsafədə yerləşən Beynəlxalq Kosmik Stansiyanın Rusiyaya aid orbitinə göndəriblər. Rusiya kosmonavtları tərəfindən “3D Bioprinting Solutions” şirkətinin flakonları maqnit printerə yerləşdirildikdən sonra hüceyrələr əzələ toxumasının istehsalı üçün çoxaldılıb. Eksperimentin uğurla başa çatması sübut edib ki, istənilən şəraitdə süni ət yetişdirmək mümkündür. \\Ictnews




Ana səhifəyə qayıt        Baxış: 24          Tarix: 10-10-2019, 20:06      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent