Xəbər lenti

 

İnsanabənzər robotların həyata daha çox daxil olduğu bir dövrdə yaponiyalı alimlər daha bir yeniliyə imza atıb. Robotlar üçün sintetik əzələlər hazırlanır.

İnsanları robotla əvəz etməyə çalışan yaponlar bu sistemdə yenilik axtarmağa davam edir. Artıq robotlarda süni əzələ sistemi mövcud olacaq. Sintetik əzələ sisteminin lif borucuqları elektrik cərəyanı ilə çalışır.

Tokio Texnologiya İnstitutunun alimləri tərəfindən hazırlanan layihə insan anatomiyasından götürülən nümunələr üzərində hazırlanmışdır. İncə telləri birləşdirərək əzələ sistemini yaradan mütəxəssislər bunu gələcəkdə daha da təkmilləşdirəcəklərini vurğulayıblar.

Enerji mənbəyinə bağlı insanabənzər robotun funksiyalarını gerçəkləşdirməsi üçün quraşdırılmış kiçik lif borucuqlara hava və ya qaz buraxılır. Beləliklə, əzələlərin açılıb-yığılma funksiyası hərəkətə keçir.

Araşdırma qrupu bildirib ki, plastik skelet üzərinə yerləşdirilən əzələlər insan hərəkətlərini təqlid edəcək şəkildə dizayn edilib. İnsana bənzəməsi təkcə görünüş olaraq deyil, həm də hərəkət olaraq bənzədiləcək. Robot insan bədənində mövcud olan eyni sayda əzələ sistemi ilə təchiz edilib. Tədqiqatçılar gələcəkdə robotların sərbəst şəkildə qollarını, ayaqlarını və başını hərəkət etdirə biləcəyini deyirlər.

Robotların daha sərbəst hərəkəti üçün batareya ilə təchiz ediləcəkləri gözlənilir./Publika.az/




Ana səhifəyə qayıt        Baxış: 1 031          Tarix: 26-08-2017, 21:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma