Xəbər lenti

  Məşhur alim Lütfi Zadənin nəşi Bakıya gətirilib.

Axar.az xəbər verir ki, ABŞ-ın San-Fransisko şəhərindən gətirilən cənazəni Heydər Əliyev adına beynəlxalq hava limanında tanınmış akademiklər Rasim Əliquliyev, Telman Əliyev, AMEA-nın müxbir üzvü Misir Mərdanov, AMEA Rəyasət Heyəti aparatının İşlər İdarəsinin müdiri Fətəli Abdullayev və digər ziyalılar qarşılayıb.

Vida mərasimi 29 sentyabrda Azərbaycan Milli Elmlər Akademiyasında keçiriləcək.

Mərhumun cənazəsi dəfnə hazırlanmaq üçün Heydər Əliyev məscidinə aparılıb.

Qeyd edək ki, 1921-ci ildə Bakıda anadan olan məşhur alim 2017-ci il sentyabrın 6-da San-Fransiskoda dünyasını dəyişib. Azərbaycanda, doğma vətənində dəfn olunmasını vəsiyyət edən alimin nəşinin gətirilməsi

 üçün bu müddətdə sənədləşmə işləri aparılırdı.




Ana səhifəyə qayıt        Baxış: 1 122          Tarix: 29-09-2017, 07:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma