Xəbər lenti

 

Qlobal istiləşmə və torpaqların kənd təsərrüfatı üçün həddindən artıq istifadəsi yalnız təbiəti deyil, həmçinin insanların ərzaq ehtiyatlarını da məhv edəcək.

Ovqat.com xəbər verir ki, alimlərin tədqiqatına görə, kartof, qəhvə və kakao 2055-ci ilə qədər yox ola bilər.

Bioloji müxtəliflik mövzusunda araşdırmalar aparan "Bioversity International" adlı mütəxəssislər qrupu tərəfindən dərc olunan məruzədə qlobal istiləşmə, xəstəliklər və kübrələr səbəbiylə yalnız vəhşi təbiətin deyil, insanların əsas qida ehtiyatlarının da təhlükə altında olduğu bildirilir. Alimlər bunu "6-cı nəsil kütləvi tükənmə" adlandırırlar.

Məruzəyə görə, 940 bitki və heyvan növü tükənmək təhlükəsi qarşısındadır.

Qeyd edilir ki, 12 bitki və 5 heyvan növü dünya əhalisinin əsas qida mənbələrinin üçdə ikisini təşkil edir. Araşdırmaya görə, qəhvə, kakao və kartofun istehsalı getdikcə çətinləşə, hətta bunların istehsalı qeyri-mümkün ola bilər. 2055-ci ildə kartof növlərinin 22 faizinin yox olacağı təxmin edilir. Dünya şokalad istehsalı üçün lazım olan kakaonun 70 faizini təmin edən Qana və Kot-Divuar kimi ölkələrdə iqlim dəyişikliyi ilə əlaqədar 40 il sonra tək bir kakao ağacı belə qalmaya bilər. (publika.az)




Ana səhifəyə qayıt                 Tarix: 29-09-2017, 23:55       Baxış: 125


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə