Xəbər lenti

“Sabah Bakıya çağırsalar, gedəcəm” - Erməni aktyor İŞĞALA QARŞI
“Əgər sabah məni Bakıya dəvət edəcəklərsə, gedəcəm”.

Publika.az
 xəbər verir ki, bu barədə erməni aktyor, SSRİ xalq artisti Armen Ciqarxanyan deyib.

Onun sözlərinə görə, kimsə gülə, kimsə ağlaya, kimsə nəsə deyə bilər: “Amma mən gedəcəm. Nifrət etmək asandır, amma sevmək çətindir.
Amerikada yaşayan bir erməni dostumun anası xəstələnmişdi. Ondan soruşdum ki, “sən öz ananı türk həkimin müalicə etməsinə razı olarsan?”. O mənə baxdı və dedi: “İndi mənim anamı türklər müalicə edir”. Biz Türkiyə və Azərbaycanla yanaşı yaşayırıq. Bunu dəyişdirmək mümkün deyil”.

A.Ciqarxanyan Ermənistan və Azərbaycanın barışmalı olduğunu qeyd edib.

“Mən dəfələrlə Bakıda qastrol səfərlərində, konsertlərdə olmuşam. Orada mənim üçün hər şey yaxşı idi. Bu gün də bildirirəm: əgər məni Bakıdan dəvət etsələr, gedərəm”, - deyə o bildirib.

Qeyd edək ki, Ciqarxanyanın bir müddət öncə verdiyi bu müsahibə onun ad günü münasibətilə Moskvada erməni muzeyinin saytında yenidən dərc olunub.




Ana səhifəyə qayıt                 Tarix: 11-10-2017, 17:08       Baxış: 153


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə