Xəbər lenti

“TaxFree4U” əlavə dəyər vergisinin (ƏDV) geri qaytarılması onlayn xidmətinin bazası əsasında “Nar” operatoru ƏDV-nin qaytarılması prosesini sadələşdirəcək “Nar TaxFree” mobil tətbiqini təqdim edib. 

Bu barədə “Report”a qurumun mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir ki, bu yenilik sayəsində “Nar” istifadəçiləri ölkə xaricində alış-verişə sərf etdikləri məbləğin 19%-dək olan hissəsini geri ala bilirlər.

“Nar TaxFree” xidməti Almaniya, Fransa, İtaliya, İspaniya, Finlandiya və Böyük Britaniya kimi Avropa ölkələrində xərclənmiş məbləğin ƏDV hissəsinin geri qaytarılmasını təmin edir. Eyni zamanda, “TaxFree” anketinə gömrük zabitinin müvafiq möhürünü vurdurmaq və alınmış mallarla istənilən Avropa İttifaqı ölkəsini tərk etmək mümkündür.

“Nar TaxFree” tətbiqi sayəsində “Nar” abunəçiləri səyahətdə olarkən vaxtlarına qənaət edə bilirlər. Artıq bəyannamə doldurmaq və bir neçə yerdə növbəyə durmağa ehtiyac yoxdur. Üstəlik, xidmət qısa zaman ərzində mümkün olan ən yüksək faizli ƏDV qaytarılması praktikasını təmin edir. “Nar TaxFree” tətbiqinin ən böyük üstünlüyü isə sadəcə tərəfdaş mağazalar şəbəkəsində edilən alış-verişə görə deyil, ƏDV ödəyicisi olan bütün ticarət obyektlərində edilən alış-verişə görə ödənmiş məbləğin əlavə dəyər vergisi hissəsinin geri qaytarılmasını təmin etməsidir.

Tətbiqdən yararlanmaq üçün 6592 qısa nömrəsinə SMS göndərərək yükləmə keçidini əldə etmək kifayətdir.

Azərbaycan, ingilis və rus dillərində təqdim edilən mobil tətbiqdən Avropa İttifaqı ölkələri vətəndaşı olmayan bütün “Nar” istifadəçiləri istifadə edə bilərlər. “Nar TaxFree” tətbiqi haqqında daha ətraflı məlumatı www.nar.az internet səhifəsindən öyrənmək mümkündür.

Qeyd edə\k ki, “Azerfon” şirkəti 21 mart 2007-ci ildə “Nar Mobile” ticarət nişanı ilə fəaliyyətə başlayıb. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6 000-dən artıq baza stansiyası ilə 2 mln.-dan çox abunəçiyə xidmət göstərir.




Ana səhifəyə qayıt        Baxış: 807          Tarix: 17-10-2017, 16:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma