Xəbər lenti

Texnologiya dünyasında proqram təminatından tutmuş, robotlar da daxil olmaqla, bütün cihazlara qədər yerləşməyə başlayan “süni intellekt”in artıq nazirliyi yaradılaraq, ona məsuliyyət daşıyan nazir də təyin edilib.

Strateq.az "Haberturk"e istinadla xəbər verir ki,  Birləşmiş Ərəb Əmirliyinin dövlət başçısının müavini, Baş naziri və Dubay Əmiri Şeyx Məhəmməd bin Rəşid əl Maktumun “Twitter”dən yaydığı məlumata görə, BƏƏ-nin ilk “süni intellekt naziri”  27 yaşındakı Omar bin Sultan əl Olama təyin edilib.

Bundan öncə, Nazirlər Kabinetində gələcəyə görə cavabdeh direktor olaraq işləyən gənc nazirin fəaliyyət sferasına süni intellekt texnologiyası, onun istifadə sahələri və təhlükəsizliyi kimi məsələlər daxil edilib.

BƏƏ ötən günlərdə “2031- süni intellekt strategiyası”nı da paylaşmışdı. Yeni baxışı və strategiyası ilə süni intellektlə bərabər, robotlar, özü özünü idarə edən avtomobillər, pilotsuz hava aparatları və Marsda düşərgə salmaq kimi məsələləri gündəliyinə alan ölkə, 2021-ci ildə kağızla görülən bütün işləri rəqəmsəlləşdirməyi, 2030-cu ildə əmirlikdəki bütün nəqliyyat şəbəkəsinin 25%-ni avtomatlaşdırmağı, 2050-ci ildə istehsal olunan enerjinin 75%-ni təmiz qaynaqlardan əldə etməyi və hatta 2117-ci ildə Marsda koloniya qurmağı hədəfləyir.




Ana səhifəyə qayıt        Baxış: 936          Tarix: 21-10-2017, 17:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma