Xəbər lenti

“Associated Press” agentliyinin yaydığı məlumata görə, ABŞ-ın Florida ştatının sakini “Mega Millions” lotereyasında 451 milyon dollar məbləğində cek-pota sahib olub.

Azərtac TASS informasiya agentliyinə istinadla xəbər verir ki, lotereyanın qalibi Port-Riçi şəhərindən olan 20 yaşlı Şeyn Misslerdir. O, uduşunu bütünlüklə dərhal götürmək istəyib. “Mega Millions”un qaydalarına görə, hazırda ona məbləğin ancaq bir hissəsi – 282,8 milyon dollar düşür. Cek-potun tam məbləği isə ancaq 30 il ərzində hissə-hissə ödənilir.

Uduşlu bilet Port-Riçidə “7-Eleven” mağazalar şəbəkəsindən alınıb. Şeyn Missler işdən çıxmaq və Port-Riçidən köçmək fikrindədir.




Ana səhifəyə qayıt        Baxış: 547          Tarix: 13-01-2018, 12:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma