Xəbər lenti

  

Dünyanın bəlkə də ən dar küçəsi Bağdaddadır. Küçənin eni bəzi yerlərdə cəmi 30 sm-ə qədər daralır. Hətta bir insanın belə düz keçə bilmədiyi, böyrü üstdə irəlilədiyi küçədəki evlərin ən azı 90 yaşı var.

Bu küçədə yaşayanlar isə Bağdadın ən kasıb ailələridir. Maraqlıdır ki, bu küçənin sakinləri nəinki evlərinə orta böyüklükdə məişət əşyaları daşımaqda əziyyət çəkir, hətta ölülərini belə, evlərindən çıxara bilmirlər. Tabutlar evlərin pəncərələrindən paralel evə ötürülə-ötürülə daha geniş küçələrə çıxarılır və qəbristanlığa aparılır.

Bu dar küçədən çəkilmiş fotoları təqdim edirik:

 




Ana səhifəyə qayıt        Baxış: 794          Tarix: 26-01-2018, 19:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma