Xəbər lenti

 

Türkiyənin dünən gecə həyata keçirdiyi əməliyyatın görütüləri dünyanın hərbi çevrələri tərəfindən maraqla qarşılanıb.

Ovqat.com xəbər verir ki, bu diqqətin səbəbi hərəkətdə olan hər hansı hədəfin top zərbəsiylə zərərsizləşdirilməsidir.

Bildirildiyinə görə, top zərbələri, adətən, hərəkətsiz obyektlərə atılır. Ona görə ki, bir çox hərbi mütəxəssislər hərəkət halında olan obyektlərin topla vurulmasını imkansız hesab edirlər. Dünən Türk ordusunun nişan aldığı maşın karvanın görüntüləri isə hərəkətdə olan hədəfin yüz faizli dəqiqliklə vurulduğunu ortaya qoyur.  Məlumata görə, bu uğur Türk ordusunun imza atdığı birinci hadisə də deyil. Bundan əvvəl Türk əsgərləri “Fərat qalxanı” əməliyyatlarında da bu taktikadan istifadə etmişdilər.

O da maraqlıdır ki, Türk əsgərlərinin istifadə etdiyi artelleriya qurğuları tamamilə yerli istehsalat nümunələridir.

Aşağıda izləyə biləcəyiniz video-fakt Türkiyə ordusunun döyüş qabiliyyətindən və hərbi sənayedə qət etdiyi məsafədən xəbər verir.




Ana səhifəyə qayıt        Baxış: 695          Tarix: 23-02-2018, 15:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma