Xəbər lenti

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan PKK terror təşkilatının Suriya qolu olan PYD-nin keçmiş rəhbərlərindən biri Salih Müslümün Praqada həbsini alqışlayıb.

"Report" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Məlumatda qeyd edilir ki, Ərdoğan terrorçunun tezliklə Türkiyəyə təhvil veriləcəyinə ümid etdiyini bildirib.

PKK-nın qolu PYD rəhbərinin keçmiş müavini Salih Müsüm İnterpol xətti ilə axtarışa verilərək fevralın 24-də Praqada saxlanılıb. Onun saxlanılması haqqında qərar Türkiyə tərəfinin müraciəti əsasında, İnterpol tərəfindən həyata keçirilib. Çexiya bununla bağlı məhkəmə qərarının olduğunu açıqlayıb.

Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ isə bildirib ki, Daxili İşlər, Xarici İşlər və Ədliyyə nazirlikləri Salih Müslümün ekstradisiyası ilə bağlı tədbirlər görürlər. Salih Müslümün adı Türkiyə Daxili İşlər Nazirliyinin qatı cinayətkarlar siyahısına salınıb. Onun tapılması üçün 4 milyon türk lirəsi (1 milyon ABŞ dollarından çox) mükafat vəd edilib.




Ana səhifəyə qayıt        Baxış: 667          Tarix: 25-02-2018, 22:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma