Xəbər lenti

“SpaceX” və “Tesla” kompaniyalarının yaradıcısı İlon Mask özünün Tvitter səhifəsində yeraltı elektrobusun konseptini dərc edib.

Azərtac xəbər verir ki, İlon Maskın sözlərinə görə, yeni ictimai şəhər nəqliyyatı növünün hazırlanmasını onun “The Boring Company” şirkəti həyata keçirir. Elektrobusun saatda 200 kilometrə qədər sürət yığacağı ehtimal olunur. O, həmçinin tunellər və liftlər arasında avtomatik keçid edə biləcək.

Bununla yanaşı, yeni nəqliyyat vasitəsi əsasən piyadalar və velosipedçilər üçün nəzərdə tutulub.

“İctimai nəqliyyatın bütün ehtiyacları ödənildikdən sonra sistem avtomobilləri də daşıya biləcək”, – Mask öz Tvitter səhifəsində belə yazır. Habelə qeyd edir ki, layihənin reallaşdırılması üçün minlərlə kiçik dayanacaqlar tikiləcək. Bu, az sayda, lakin böyük ölçülü stansiyaların tikildiyi metro ilə yeni nəqliyyat vasitəsi arasında əsas fərq olacaq.

 




Ana səhifəyə qayıt        Baxış: 743          Tarix: 10-03-2018, 16:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma