Xəbər lenti

Dünyaca məşhur Britaniya fiziki Stiven Hokinq 77 yaşında vəfat edib.

Hokinq fizik-nəzəriyyəçi, məşhur elm populyarlaşdırıcısı və 10 milyon tirajla satılmış “Zamanın qısa tarixi” kitabının müəllifidir. O, kosmoloji sinqulyarlığın (fasiləsiz genişlənmənin) meydana çıxması problemini – Kainatın ilkin vəziyyətini araşdırmaqla məşğul idi.

1963-də 22 yaşlı Hokinqə çəp amioptrofik skleroz (ÇAS) diaqnozu qoyulmuşdu. Həkimlər hesab edirdilər ki, onun 2-3 il ömrü qalıb. Amma proqnozlar doğrulmadı, alim elmi işini davam etdirdi, iki dəfə ailə qurdu və üç uşaq atası oldu.

Hətta tam iflic olan Hokinq fəal həyat sürüb – dünya ilə kompüter nitq sentezatoru vasitəsilə təmasa girərək elmlə məşğul olub, dərs deyib, məruzələrlə çıxış edib.

2015-ci ildə alimin həyatından danışan “Stiven Hokinqin Kainatı” filmi (Britaniya) çəkilib.

Strateq.az

 




Ana səhifəyə qayıt        Baxış: 491          Tarix: 14-03-2018, 11:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma