Xəbər lenti

Astronomların yeni tədqiqatları qalaktikaların mərkəzindəki ən böyük qara dəliyin ətrafında kiçik analoqlarının ola biləcəyi nəzəriyyəsini təsdiq edir.

Azərtac “Nature” jurnalına istinadla xəbər verir ki, Süd yolu qalaktikasının mərkəzini araşdıran tədqiqatçılar bununla bağlı yeni dəlillər tapıblar. Nyu-Yorkdakı Kolumbiya Universitetinin alimi Çarlz Heylinin rəhbərlik etdiyi qrup NASA-nın “Chandra X-ray” teleskopunun uzunmüddətli müşahidələrinin nəticəsi olan məlumatları təhlil edərək bu nəticəyə gəlib. Onların hesabatında nəhəng qara dəliyin ətrafında minlərlə kiçik analoqlarının olduğu yazılıb. Süd yolunun mərkəzindəki “Oxatan A*” (Sgr A*) adlanan ən böyük qara dəlik qazlar və tozla əhatə olunmuş nəhəng halə (iri ulduzların ətrafında görünən işıq dairəsi) yaradır ki, bu, çoxlu sayda ulduzların doğması və məhv olması nəticəsində əlavə analoqlar meydana gətirir. Kiçikhəcmli qara dəliklər tez bir zamanda enerjisini itirir və “Oxatan A*”nın təsiri altına düşürlər. Beləliklə, nəhəng qara dəliyin ətrafında onu müşayiət edən çoxsaylı analoqlar yaranır.

Professor Heylinin qənaətinə görə, qalaktikamızın mərkəzi Yer kürəsindən çox uzaqda yerləşdiyindən, teleskopla onun mərkəzini yalnız hər 100-1000 ildən bir baş verən partlayışlar nəticəsində əmələ gələn şəfəqdə görmək mümkündür. Bu səbəbdən, Kolumbiya Universitetinin astronomları müşahidə aparmaq üçün qara dəliklərin zərif və davamlı “X-ray” şüalarından istifadə edirlər. Onları təcrid edən parlaq ulduz kütləsi azaldığı zaman baş verən zəif qaz partlayışlarını teleskopla qeydə almaq mümkündür. Məhz bu qeydlər nəticəsində 12 kiçik qara dəlikdən ibarət olan kompleks aşkar edilib.

Professor Heyli bildirib ki, halənin kənarında “Sgr A*”dan uzaqda yerləşən və sayı 10 minə yaxın olduğu güman edilən kiçik qara dəliklər alimlərə imkan verəcək ki, kainatda qravitasiya dalğasının gücü ilə bağlı nəzəriyyəni təkmilləşdirsinlər. Albert Eynşteynin ümumi nəzəriyyəsi əsasında 2015-ci ildə aparılmış “Ligo” eksperimentində qravitasiya dalğaları ləpələrinin birinin qara dəliklərin toqquşmasından yarandığı aşkar edilmişdi.

 




Ana səhifəyə qayıt        Baxış: 493          Tarix: 7-04-2018, 17:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma