Xəbər lenti

Ən varlı milyarderlərin reytinqi dəyişdi

“Amazon” şirkətini quran Cef Bezos “Microsoft”un təsisçisi Bil Qeytsi arxada qoyaraq “Forbes” nəşrinin reytinqinə görə dünyanın ən zəngin insanı tanınıb.

Strateq.az BBC-yə istinadən xəbər verir ki, Amazon” səhmlərinin 2,3 faiz bahalaşması nəticəsində Bezosun şəxsi sərvətinin ümumi həcmi 2 milyard dollara yaxın artıb.

Online rejimdə yenilənən “Forbes”in son rəqəmlərinə görə, onun aktivlərinin dəyəri Bil Qeytsin sərvətindən 1,4 milyard dollardan artıq olub.

Sonuncu dəfə B. Qeyts ən zəngin adam adını ötən il əldən verib. O zaman zənginlər siyahısının üst sətirini iki günlük olsa da, Zara ticarət şəbəkəsinin yaradıcısı Amancio Orteqa zəbt etmişdi.

“Gates xeyriyyəçiliyə bu qədər pul verməsəydi, Bezos dünyanın ən zəngin adamı adını heç vaxt qazana bilməzdi”, – deyə “Forbes” yazır.

2010-cu ildə Qeyts və investor Uaren Baft sərvətlərinin yarısını xeyriyyəyə yönəltmək çağırışı ilə “Giving Pledgе” kampaniyasına başlayıblar.

2016-ci ilin sonuna olan məlumata görə Bil Qeyts xeyriyyəyə 31 milyard dollardan artıq vəsait ayırıb. Bezos isə 2015-ci ilin sonunadək həmin məqsədlərə 100 milyon dollar yönəldib.

“Forbes” jurnalının Rusiya üzrə milyarderlər siyahısının ilk onluğunda isə 4-cü sətiri Azərbaycan əsilli sahibkar Vahid Ələkbərov tutur. Rusiyaya qarşı sanksiyalara rəğmən, ölkənin ən zəngin 200 nəfərinə məxsus ümumi sərvətin dəyəri 25 milyard dollar artaraq 485 milyarda çatıb. Ölkədə milyarderlərin ümumi sayı da artıb.

Hazırda Rusiyanın 106 milyarderi var. Ötən il isə onların sayı 96 idi.

Rusiyada ən zəngin 200 adamın siyahısını 19,1 milyard dolların sahibi Vladimir Lisinin adı açır.

Reytinqin 4-cü pilləsində azərbaycanlı Vahid Ələkbərov qərarlaşıb ki, ötən il 6-cı yerdə idi.

Bir il ərzində “Lukoil” neft şirkəti prezidentinin aktivləri 1,9 mlrd. dollara artaraq 16,4 milyarda çatıb.

Milyarderlər klubunun daha bir azərbaycanlı üzvü – Qod Nisanovdur.

“Forbes”in dəyərləndirməsinə əsasən “Kiyevskaya Ploşad” holdinqinin İdarə Heyətinin sədri 3,3 mlrd. dolların sahibidir. Məlumata görə, ötən il biznesmen öz sərvətinə 200 milyon dollar əlavə etməyə müvəffəq olub.

Qod Nisanovun biznes partnyoru və həmyerlisi Zarah İliyev də 3,3 mlrd dolların sahibidir.

Ticarət tədbirlərinin təşkili ilə məşğul olan “Crocus” şirkətinin təsisatçısı Araz Ağalarov rusiyalı milyarderlər sıralamasında 54-cü yeri tutub. “Forbes”in dəyərləndirməsinə görə, onun aktivlərinin ümumi dəyəri 1,8 mlrd dollar təşkil edir.

Vaxtilə Londonda xəzlərin satışı biznesi ilə məşğul olan Fərhad Əhmədovmilyarderlər arasında 64-cüdür. Onun sərvətinin ümumi dəyəri 1,4 mlrd dollardır.

Xatərladaq ki, “Forbes” jurnalı milyarderlər siyahısını ilk dəfə 1987-ci ildə çap edib. “Amazon” şirkətinin banisi onun üst sətirini tutan sayca 7-ci şəxs olub. “Amazon” – dünyanın ən iri onlayn satış sistemidir.

 




Ana səhifəyə qayıt        Baxış: 696          Tarix: 14-05-2018, 13:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma