Xəbər lenti

 

“Uzun müddət uğrunda mübarizə apardığın qurumdan sanksiya qərarını görmək bir insan kimi şəxsən mənə asan deyil. Amma mən həm də qürur hissi keçirirəm. Bu, sadəcə Azərbaycana olan təzyiqdir, ikili standartların nümayişidir”.

Bu fikirləri Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Milli Məclisdəki çıxışı zamanı bildirdi. S.Seyidov özünə qaşı sanksiya qərarını verilməsini təsadüfi saymadı: “Azərbaycan torpaqlarını işğal edən, etnik təmizləmələri aparan Ermənistan heç bir sanksiyalara məruz qalmayıb. Ancaq haqqını tələb edən Azərbaycan sanksiyalara məruz qalır. Bu sanksiyalar mənim üçün qüsur yox, şərəfdir, qürur mənbəyidir. Azərbaycanın uğurları, cənab prezidentin gördüyü işlər, bu gün imzalanmış kontraktlar, bir ay sonra TANAP-ın işə salınmasıdır səbəb. Səməd Seyidov bu gün nümayəndə heyətinin rəhbəridir, sabah sıravı vətəndaşdır. Bizim balalarımız cəbhədə daha böyük təhlükə ilə üz-üzədirlər, nəinki biz. Biz siyasi cəbhədəyik”.

S.Seyidov bundan sonra daha fəal olacaqlarını bildirdi: “Sizi əmin edirəm ki, cənab prezidentin siyasətinə uyğun olaraq fəaliyyətimiz davam edəcək. Səməd Seyidovla bərabər nümayəndə heyətinin 12 üzvü var. Birinin səsini alsalar, səsvermə hüququnu ləğv etsələr, o birilər çıxış edəcək, buna əmin olun”.

Musavat.com




Ana səhifəyə qayıt        Baxış: 590          Tarix: 18-05-2018, 19:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma