Xəbər lenti

 

Tanınmış iş adamı, "Xəmsə" MMC-nin rəhbəri Mürvət Həsənli ilə vəkil Aslan İsmayılov arasında bu gün keçirilən və saat 10:30-da 16:00-a təxirə salınan məhkəmə prosesi davam etdirilib.

Musavat.com-un məlumatına görə, Səbayel Rayon Məhkəməsində davam etdirilən prosesdə təqsirləndirilən şəxsin məhkəmə sənədləri ilə tanış olmaq üçün verdiyi vəsatət təmin edilib.

A.Ismayılovun prosesin Səbayel Rayon Məhkəməsindən digər məhkəməyə keçirilməsi barədə verdiyi digər vəsatət baxılmamış saxlanılıb.

Məhkəmə iclası 31 iyul saat 15:00-a təxirə salınıb.

Qeyd edək ki, Aslan İsmayılov rəsmi "Facebook” səhifəsində və KİV-lər üçün keçirdiyi brifinqdə Mürvət Həsənlinin ünvanına ittihamlar irəli sürüb. Bu səbəbdən də iş adamı onu məhkəməyə verərək, Cinayət Məcəlləsinin 147.2-ci (ağır və ya xüsusilə, ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə cəzalandırılmasını tələb edir.

Tərəflər arasında gərginliyin kökündə Türkiyənin "Emre Piliç” şirkətinin M.Həsənli ilə borc çəkişməsi durur. A.İsmayılov bu işdə "Emre Piliç” şirkətinə vəkillik edir.

Onu da xatırlatmaq yerinə düşər ki, Azərbaycana damazlıq yumurta ixrac edən bu şirkətin səhmdarları arasında 2 erməninin olduğu üzə çıxıb. Belə ki, ermənilər Bozaçıyan və Oksayan bu şirkətdə 30 faizlik paya sahiblik edirlər.

M.Həsənli bu fakt üzə çıxandan sonra şirkətlə işgüzar münasibətlərini kəsdiyini bildirib. A.İsmayılov isə əksinə, "Emre Piliç”in ermənilərə bağlı şirkət olmasına əhəmiyyət vermədən onun müdafiəsinə qoşulub.

Cavanşir ABBASLI,
Musavat.com




Ana səhifəyə qayıt        Baxış: 739          Tarix: 5-07-2018, 19:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma