Xəbər lenti

Nə olsun, bizdə “Şuşa”, “Cıdır düzü” şadlıq saraylarında, restoranlarında pullu yeyib-içir, Şuşanın “sağlığına” badə qaldırırıq...
Avstriyada yaşayan erməni xanım Şuşada  ermənilər üçün pulsuz konsert verəcək. Moderator.az xəbər verir ki,  Azərbaycanın dövlət sərhədini pozan opera müğənnisi Asmik Papyanın  iyulun 20-də saat 19:00-da Şuşadakı incəsənət muzeyində sakinlər üçün konserti olacaq. Bütün arzu edənlər üçün konsertə giriş pulsuzdur.
P.S. Nə olsun, bizdə “Şuşa”, “Cıdır düzü”, “Xarı bülbül” və s.  şadlıq saraylarında, restoran və kafelərdə pullu yeyib-içir, toy, nişan ad günləri keçirir və “Gələn il bu vaxtı Yeni ili, Novruzu Şuşada, Kəlbəcərdə, Laçında keçirək” şüarlarıyla sağlıq deyib araq, konyak vururuq....
Sultan Laçın
moderator.az

 




Ana səhifəyə qayıt        Baxış: 919          Tarix: 14-07-2018, 12:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma