Xəbər lenti

 Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, sentyabrın 7-də İstanbulda Rusiya, Almaniya və Fransanın dövlət başçıları ilə görüşəcək.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

"Sentyabrın 7-də İstanbulda Türkiyə, Rusiya, Almaniya və Fransanın birgə sammiti keçiriləcək. Biz nə etmək lazım olduğunu müzakirə edəcəyik. Dördtərəfli görüşdə regionun problemləri müzakirə olunacaq", - deyə Ərdoğan Suriya məsələsi ilə bağlı suala cavabında bildirib.

Dörd ölkənin rəhbəri həmçinin Türkiyə, Rusiya və İranın Suriya məsələsi üzrə üçtərəfli sammitini də müzakirə edəcəklər.




Ana səhifəyə qayıt        Baxış: 800          Tarix: 29-07-2018, 08:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma