Xəbər lenti

Yer kürəsinə Xeops ehramı böyüklüyündə asteroid yaxınlaşır.

Trend NASA-ya istinadən xəbər verir ki, Yer kürəsindən 7,5 milyon kilometr məsafədən keçəcək asteroid potensial təhlükə hesab olunur.

Asteroidin ölçüsü 70-160 metr diametrindədir. Alimlərin hesablamalarına görə, asteroid saniyədə 9 kilometr sürətlə hərəkət edir və avqustun 29-da planetimizə ən yaxın məsafədən keçəcək.

Qeyd edək ki, yaxın 100 il ərzində Yer kürəsinin asteroidlə toqquşma ehtimalı sıfıra bərabərdir.

 




Ana səhifəyə qayıt        Baxış: 429          Tarix: 25-08-2018, 15:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma