Xəbər lenti

 

Bakı dünyanı düşündürən məsələlərin müzakirə edildiyi vahid məkana çevrilməkdədir.

Bunu mədəniyyət naziri Əbülfəs Qarayev deyib.

O qeyd edib ki, bu il “Bakı Prosesi”nin 10 illiyidir. 

“Bu proses müxtəlif mədəniyyətləri vahid bir platforma ətrafında birləşdirməyi bacarıb. Bu təşəbbüs dünyanın nüfuzlu beynəlxalq qurumları tərəfindən dəstəklənir. “Bakı Prosesi”nin uğurlu olmasını rəqəmlər də sübut edir.

Ötən müddət ərzində bu proses çərçivəsində təşkil olunan tədbirlərə 170-dən çox ölkə qatılıb. Bu, bir daha göstərir ki, Bakı dünyanı düşündürən məsələlərin müzakirə edildiyi vahid məkana çevrilməkdədir”, - deyə nazir əlavə edib.\\Oxu.Az




Ana səhifəyə qayıt        Baxış: 514          Tarix: 26-10-2018, 20:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma