Xəbər lenti

Londonda şahmat üzrə dünya şempionatının finalında Fabiano Karuana ilə norveçli Maqnus Karlsen arasında birincilik uğrunda qızğın mübarizə gedir. Əgər Karuana qalib çıxsa, son yarım əsrdə o, təmsil etdiyi Birləşmiş Ştatlara ilk dəfə olaraq ‘dünya çempionu’ titulunu bəxş edəcək.

Karuananın ABŞ-ı təmsil etməsinin maraqlı tarixçəsini açıqlayan “The Wall Street Journal” Karuananın İtaliyadan ABŞ-a köçməsinin maraqlı detalına diqqət yetirir. Məlum olur ki, vaxtikən İtaliyanı təmsil edən Karuanaya pul təklifi edən ölkələr sırasında Azərbaycan da olub. Əslində Azərbaycan tərəfi Karuanaya ABŞ-dan daha çox pul təklif edib. Lakin Karuana Amerikanı seçib. Azərbaycan bir qədər də çox pulla danışıqlar masasına gəldi, ancaq yalnız bir-iki illik müddətə.

Amerikada doğulmuş Karuana illər boyu İtaliyanı təmsil edirdi və İtaliya rəsmiləri onun ölkəni təmsil etməkdə davam etməsini təmin etmək üçün çox səy göstərdilər. İtaliyalılar Karuanaya ildə $90,000, amerikalılar isə $200,000 təklif etdilər.

“Azərbaycan bir qədər də çox pulla danışıqlar masasına gəldi, ancaq yalnız bir-iki illik müddətə,” Wall Street Journal yazır. Azərbaycan Şahmat Federasiyası məsələyə şərh verməkdən imtina edib.

“Biz bilirdik nə istəyirdik,” deyə investor və şahmat fanatı Reks Sinkfeld bildirir. “Bizə amerikalı çempion lazım idi”. Amerikanı şahmat qüdrətinə çevriməyi qarşısına məqsəd qoymuş Sinkfeld Karuanann ABŞ komandasına cəlb edilməsində müstəsna rol oynayıb. O, Karuanaya İtaliyadan Amerikaya köçmək üçün pul vermədiyini deyir, ancaq bildirir ki, Karuana da daxil olamqla bir sırqa amerikalı şahmatçılara maliyyə sponsorluğu edir. İtaliyalılar isə hələ də Karuananı özününkü hesab etməkdə davam edirlər. “Hər halda İtaliya mətbuatı hələ də Karuanaya ‘italiyalı oyunçu’ kimi istinad edir”.

(Amerikanın səsi)

 




Ana səhifəyə qayıt        Baxış: 318          Tarix: 21-11-2018, 11:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma