Xəbər lenti

 

Ali Məhkəmədə Xaçmazda yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Orxan Abdullayevin barəsində olan hökmdən dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, prokurorluğun kassasiya protesti təmin edilməyib.

Qeyd edək ki, hadisə 2017-ci il avqust ayının 24-də Xaçmaz rayonu ərazisində baş verib. O.Abdullayev etibarnamə olmadan "Daewoo Nexia" marklı 10 RL 160 dövlət nömrə nişanlı avtomobillə qəza törədib. Belə ki, o, sükan arxasında yuxulayaraq idarəetməni itirib və avtomobili aşırıb. Maşında olan sərnişin 1970-ci il təvəllüdlü İlqar Ələkbərov hadisə yerində ölüb.

İttiham aktına əsasən, O.Abdullayev sürkan arxasında olan zaman içkili olub və hadisə yerindən qaçıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, O.Abdullayev cəzasını məntəqə tipli cəzacəkmə müəssisəsində çəkməlidir. Hökmdən narazı qalan dövlət ittihmaçısı apellyasiya protesti verib. Sumqayıt Apellyasiya Məhkəməsi apellyasiya protestini təmin etməyib. Daha sonra prokurorluq kassasiya protesti ilə Ali Məhkəməyə müraciət edib.




Ana səhifəyə qayıt        Baxış: 473          Tarix: 31-12-2018, 19:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma