Xəbər lenti
17-08-2019, 16:20

 s

Ev problemi ilə bağlı Prezident İlham Əliyevə müraciət edən məcburi köçkün, “Bizim Yol” qəzetinin əməkdaşı Ramid İbrahimov mənzillə təmin olunub.

“Report”un xəbərinə görə, bu barədə həmin qəzetin baş redaktoru Bahəddin Həzi məlumat verib.

O, R.İbrahimovun özü ilə yanaşı həyat yoldaşının da məcburi köçkün olduğunu bildirib:

“İş yoldaşımız, tanınan, çalışqan, fədakar jurnalistlərdən biri olan Ramid İbrahimovun ölkə Prezidentinə müraciəti müsbət nəticə verdi. Bu gün Ramidi Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinə dəvət etdilər və ona “Qobu Park”da məcburi köçkünlər üçün inşa olunmuş binada mənzil ayrıldığını bildirdilər. Ramid İbrahimovun ailəsi və özü 1993-cü ildə Füzuli rayonunun işğalı nəticəsində məcburi köçkün düşüb. Bu yaxınlada ailə quran Ramidin həyat yoldaşı da, həyat yoldaşının valideynləri də məcburi köçkündürlər. Ramid özü də, həyat yoldaşı da Bakı şəhərində işləyirlər və kirayədə yaşayırlar. Çox çətinlik çəkirdilər. Müraciətə müsbət cavab verdiyi, gənc ailənin probleminə həssaslıq göstərdiyi üçün Prezident İlham Əliyevə kollektivimiz adından təşəkkür edirəm. Müvafiq qurumların rəhbərlərinə və bizə dəstək göstərmiş bütün həmkar dostlara - dəyərli media quruluşlarına, zəhməti keçən bütün jurnalistlərə təşəkkür edirəm. Ramidi və ailəsini isə ürəkdən təbrik edirəm!”




Ana səhifəyə qayıt        Baxış: 50          Tarix: 26-07-2019, 19:50      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent