Xəbər lenti
 
Ermənistandakı rus hərbi bazasının kəşfiyyatçıları “Kamxud” və “Alagöz” təlim mərkəzində ikitərəfli bölüyün taktiki təlimləri çərçivəsində şərti düşmənin canlı qüvvəsini və kəşfiyyat diversiya qruplarının hərbi texnikasını məhv ediblər.

Ordu.az xəbər verir ki, bu barədə Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.

Rus hərbi qulluqçular maneələrin dəf edilməsi, ştat üzrə hərbi texnikanın idarə edilməsi, bütün növ atıcı və xüsusi silah növlərindən, qumbaraatan və döyüş maşınlarının silahlarından gecə və gündüz şəraitində nişangahlardan, gecə görmə cihazlarından şərti düşməni təqlid edən, hərəkətdə olan və dayanan hədəflərə sürətli atəşin aparılmasını məşq ediblər. 

Rus kəşfiyyatçılar, həmçinin fiziki hazırlıq, xüsusi və dağ hazırlığı, dağ çaylarını keçid, yarğan və dərələrin keçilməsi kompleks normativlərini yerinə yetiriblər. Taqım tərkibində şərti düşmən arxasında tanış olmayan ərazidə hərbi texnikanın və rabitə vasitələrinin sıradan çıxarılması, məxfi sənəd və əsir ələ keçirmə məqsədilə maneələri dəf edərək, silahla kross yürüşü keçiblər. 

İkimərhələli bölüyün taktiki təliminə 500-dən artıq hərbi qulluqçu, 100-dən çox hərbi texnika, o cümlədən əməliyyat taktiki təyyarəsi, ordu aviasiyası və Pilotsuz Uçuş Aparatlarının (PUA) da cəlb edildiyi qeyd edilir. 

Alpər Mövludoğlu 
Ordu.az



Ana səhifəyə qayıt        Baxış: 427          Tarix: 9-08-2019, 14:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma