Xəbər lenti
 
Ermənistanda hələ heç bir siyasi qüvvə avqust ayının 5-də Paşinyanın Xankəndində səsləndirdiyi 6 bəndlik konsensusuna reaksiya verməyib. 

Ordu.az xəbər verir ki, bu barədə erməni KİV-lərində məqalə dərc edilib.

Məqaləyə görə, bu bəndlər Ermənistanın daxili siyasi həyatında oyun qaydaları kimi təqdim edilirdi. 

“Baş nazir Paşinyanın təqdim etdiyi ümumi tərkibə qarşı hər hansı siyasi qüvvənin əleyhinə çıxacağını təsəvvür etmək çətindir. Paşinyanın bu bəyanatının məqəsdi qarşılıqlı ittihamlara son qoyulması, manipulyasiyalara yol verilməməsi və nəhayət daxili və xarici siyasətdə ciddi çağırışlar ətrafında ümumi erməni gündəminin açılmasıdır. Bunlar ətrafında, həmçinin daxili siyasi rəqabət aparılması da nəzərdə tutulur. Bəndlərin tərkibini Paşinyanın çox aydın izah etdiyi qeyd edilir. Gələcək söhbətlərin də bu dəqiqlik ətrafında və buna uyğun səviyyədə aparılması nəzərdə tutulur. 

Lakin məsələ gələcək konsensusun nə zaman və hansı formatda olacağı, kimlərin cəlb ediləcəyi, şəxsi münasibətlərdən asılı olmayaraq, bütün siyasi oyunçuları bir yerə toplayacaq konkret təşəbbüs var olacaq, yoxsa proses ilkin təsəvvürlər səviyyəsində səsləndirilərək, siyasi qüvvələrin eyni ilkin mübnasibətinin ümidinə buraxılıb. Bu halda konsensusun formalaşması az ehtimal edilən olacaq. Burda məsələ qarşılıqlı razılaşdırılma olsa da, siyasi qüvvələrin ictimaiyyətə öz təsəvvürlərini çatdırmaq imkanlarının da olacağı unudulmamalıdır. Ümumerməni toplanışı məsələsi və zərurəti ya dövlət, ya ictimai siyasi institutlar vasitəsilə təmin edilməsi də absurddur. Bundan əlavə Paşinyanın çıxışı məhz bu zərurəti əks etdirirdi”, - deyə məqalədə bildirilir. 

Məqalədə qeyd olunur ki, praktiki iş üçün istitutisional mühit yaradılmasına təşəbbüs göstərilməlidir. 

“Bu yolla ictimai qaydada vaxt öldürməkdən və siyasi qurumlardan başqa bir işlə məşğul olmayanları da sıradan çıxarmaq olar. 2008-ci ildə Serj Sarkisyan geniş partiya müzakirələri formatı təşkil etdi və bir neçə mövzuda bənzər müzakirələr apardı. Aydın məsələdir ki, Sarkisyan bu yolla siyasi və hakimiyyətdaxili, xüsusilə də “1 Mart” yükü şəraitində problemlərini həll edirdi. Müəyyən problemləri həll etdikdən sonra bir daha bu formata qayıtmadan onu kənara qoydu. Paşinyan, özü tərəfindən elan edilən konsensus bəndləri ətrafında geniş siyasi müzakirələrin aparılmasına təşəbbüs göstərilməsi və konsensusa ən azı proses baxımından obyektivlik şəkli verilməsi məqsədilə, eyni zamanda Sarkisyanın maraq və məzmun keyfiyyətindəki nümunəsini üstələyəcək bir addım atacaqmı? Öz növbəsində, əlbəttə, belə bir təşəbbüsün siyasət meydanında hansı hazırlıqla və keyfiyyətlə qəbul ediləcəyi sual yaradır”, - deyə məqalədə vurğulanır.

Alpər Mövludoğlu
Ordu.az



Ana səhifəyə qayıt        Baxış: 314          Tarix: 10-08-2019, 13:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma