Xəbər lenti
 
Ermənistanın Ərazi İdarəetmə və İnkişaf naziri Suren Papikyanın  katibəsinin ad gününə kloun da qatılıb. 
 Bu haqda işğalçı ölkənin "Qraparak" qəzeti yazıb. 
“Keçmiş hökumət nümayəndələrinin manqal və kabab  “parti”lərini kloun şouları əvəzləyib. Katibə Anna Balayanın nazirlik binasında keçirilən nazir Suren Papikyandan savayı, bütün əməkdaşların qatıldığı doğum günü şənliyi sirk şousuna çevrilib. Yubileyin daha mənalı olması üçün nazirliyə bir təlxək də dəvət edilib. Kloun  nazirlik işçilərini gündəlik iş qayğılarından  tamamilə azad  edib”- məlumatda belə deyilir. 
“Katibə “Facebook”da doğum gününa aid sabun köpükləri və rəngli çələnglərlə müşayiət olunan fotoları yerləşdirib, lakin günün qəhrəmanı - təlxəyi diqqətdən kənarda qoyub. Nazirin mətbuat katibi bizə hadisədən xəbəri olmadığını, aydınlaşdıracağını və məlumat verəcəyini söylədi. Və daha sonra dedi ki, nazirliyə təlxək gətirilməyib”- “Qraparak” belə yazıb.



Ana səhifəyə qayıt        Baxış: 331          Tarix: 16-08-2019, 18:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma