Xəbər lenti

 

Türkiyənin Nevşehir ərazisində turistlər kütləvi şəkildə zəhərləniblər.  “Qafqazinfo” xəbər verir ki, hadisə Kaymaklı ərazisindəki otellərin birində baş verib

45-i çinli, 7-i indoneziyalı olan 52 turist qidadan zəhərlənib.  Onlar şəhərin müxtəlif xəstəxanalarına aparılıblar.  

Kaymaklı bələdiyyə sədri harun Çekiç mövzu barədə açıqlama yayıb. O, artıq analizlə bağlı oteldən nümunələrin götürüldüyünü bildirib:

“Oteldə 280 nəfər var, lakin 52 nəfər zəhərlənib.  Ola bilsin ki, bir qrup şəxs başqa restoranda yemək yeyib, buna görə narahat olublar. Biz artıq oteldə araşdırma aparmağa başlamışıq. Turistlərin isə vəziyyəti normaldır, xəstəxanada müalicə altındadırlar”. 

 




Ana səhifəyə qayıt        Baxış: 248          Tarix: 19-08-2019, 12:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma